Şuşanın görüləsi yerləri
Xurşidbanu Natəvanın evi
Görkəmli Azərbaycan şairəsi, xan qızı adı ilə tanınan Xurşidbanu Natəvanın ikimərtəbəli evi XVIII əsrə aid tarix-memarlıq abidəsidir. Binanın birinci mərtəbəsində xidməti xarakterli və xidmətçilərin yaşaması üçün nəzərdə tutulmuş yeddi otaq yerləşir. Cənub tərəfdə üç giriş qapısı yerləşir. Onlardan ortada yerləşən qapı dəhlizə, yanlarda yerləşən digər iki qapı isə yan otaqlara aparır.
Hamısını oxuMolla Pənah Vaqifin muzey-məqbərəsi
Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin inşasına memar A.V.Salamzadə və E.İ Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanılmışdır. Kompleksin açılışı 1982-ci ilin yanvar ayında olmuşdur. Kompleks Şuşa şəhərinin görkəmli yeri olan Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üstündə inşa edilmişdir. Burada M.P. Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid olan 80-ə yaxın eksponat da sərgilənirdi.
Hamısını oxuÜzeyir Hacıbəyovun ev-muzeyi
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Şuşadakı ev-muzeyi 1959-cu ildə yaradılmışdır. Ev-muzeyi 1992-ci il Şuşanın erməni qəsbkarları tərəfindən işğalına kimi fəaliyyət göstərmişdir. Muzeyin ekspozisiyasında Hacıbəyovlar ailəsinə məxsus ev əşyaları ilə yanaşı, Üzeyir bəyin şəxsi əşyaları, şəkilləri, kitabları, ona həsr olunmuş və muzeyə bağışlanmış kitablar mühüm yer tuturdu.
Hamısını oxuGövhərağa məscidləri
Qarabağın sonuncu xanı İbrahim xanın qızı Gövhərağa (əsl adı Gövhərnisə) həm də öz dövrünün məşhur xeyriyyəçilərindən olmuşdur. Onun vəsaiti hesabına tikilən Aşağı Gövhərağa məscidi Şuşa şəhərində 1874-1875-ci illərdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilmişdir.
Hamısını oxuŞuşa qalası
Pənahəli xanın müdafiə məqsədi ilə tikdirdiyi qala Şuşa ovalığında əlçatmaz, hətta mühasirədə olan yerdə tikilmişdir. Qala hər tərəfdən sıx meşələrlə əhatə olunmuş və bəzi hissələrdə yarğanlarla bitmişdir ki, bu da düşmən tərəfindən keçilməz sədd hesab olunurdu. Şuşa qalasının tikintisinə şair Molla Pənah Vaqif də rəhbərlik etmişdir.
Hamısını oxu