Məlumatlar

                                                                                                               

                                                                                                                                

        Açıq Hökumət Milli Platformasının koordinatoru Əliməmməd Nuriyev tərəfindən “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət” və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli tərəfindən “Etik davranış qaydaları” mövzularında ötən ilin dekabr ayında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və onun tabeli qurumu olan Mənzil-kommunal və təmir xidmətinin əməkdaşlarının iştirakı ilə təlimlər keçirilmişdir. Təlimlərdə korrupsiya anlayışı və onun formaları, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, müraciətlərə baxılmasının xüsusiyyətləri, korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar, həmçinin etik dilemmalar, onların həlli yolları, düzgün davranış qaydaları və ona əməl olunmasına nəzarət və digər məsələlər barədə iştirakçılara ətraflı məlumat verilmiş, interaktiv fikir mübadiləsi aparılmışdır.

      Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, o cümlədən tabeli qurumun daxili intizam qaydaları tərtib edilmiş və təsdiq edilmişdir. Qaydalar işçilərin vəzifələrini və etik davranış prinsiplərini ehtiva edir. Hər bir işçi öz növbəsində qaydalarla tanış edilmişdir.

        Ötən iş ili ərzində intizam qaydalarının pozulması ilə bağlı bir neçə hal qeydə alınmış, işçilərdən izahat alınmış, şifahi və yazılı xəbərdarlıq edilmişdir.

        İntizam tənbehini labüd edən ciddi qayda pozuntusu baş verməmişdir.

 

                                                                                                                                                                                                                                                   

Şuşanın görüləsi yerləri