Şuşa qalası
Pənahəli xanın müdafiə məqsədi ilə tikdirdiyi qala Şuşa ovalığında əlçatmaz, hətta mühasirədə olan yerdə tikilmişdir. Qala hər tərəfdən sıx meşələrlə əhatə olunmuş və bəzi hissələrdə yarğanlarla bitmişdir ki, bu da düşmən tərəfindən keçilməz sədd hesab olunurdu. Şuşa qalasının tikintisinə şair Molla Pənah Vaqif də rəhbərlik etmişdir.
Qalanın təmir-bərpa işləri və tikintisinin davam etdirilməsi uzun illər çəkdi.
Gəncə qapısının tikintisi Pənahəli xanın hakimiyyəti dövrünə təsadüf edir və XVIII əsrdən Gəncə və ya Çiləbörd qapısı adlanır. Bu qapı Şuşanı Gəncə şəhəri və Qarabağ xanlığının Çiləbörd mahalı ilə birləşdirirdi. Digər qapılarla müqayisədə bu gün daha yaxşı vəziyyətdədir.
Qalanın qərb tərəfində yerləşən İrəvan və ya Xəlfəli qapısı Şuşanı Xəlfəli kəndi və İrəvan şəhəri ilə birləşdirirdi. Digər qapılardan fərqi hər iki tərəfdə simmetrik şəkildə yerləşdirilmiş iki pilləli döyüş qüllələri ilə möhkəmləndirilməsi idi.
Qalanın şərq tərəfindəki digər qapı isə Muxtar, Topxana və ya Şuşakənd qapısı kimi tanınan Ağoğlan qapısı idi. Şuşa şəhərini Şuşakənd və Muxtar kəndləri ilə birləşdirərək Ağoğlan qalasına qədər uzanırdı.