Cıdır düzü
Cıdır düzü Şuşa şəhəri yaxınlığında yerləşir. Bu düzənlik Daşaltı çayının 200 metr aşağısından axan Daşaltı dərəsinə baxır.
Cıdır düzü dağlar qoynunda yerləşən, şəhərin yeganə və böyük hamar ərazisidir. Elə bu səbəbdən də ta qədimdən burada Qarabağ igidlərinin cıdır yarışları, çövkən oyunları, Novruz və digər el şənlikləri keçirilib.
Cıdır düzü bütün zamanlarda şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı olub. O, şəhərin kənarında - Daşaltı dərəsinin yuxarı hissəsində yerləşir. Buradan açılan heyrətamiz mənzərə insanı valeh edir.