İş elanları
"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs vakansiya elan edir.
Namizədlərdən öz CV-lərini bu mail ünvanına göndərmələri xahiş olunur: cv@shusha.az
Son müraciət tarixi: 31 yanvar, 2024-cü il
Vakansiya:
Smeta mühəndisi
Vəzifə öhdəlikləri:
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
- Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
- Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
- Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
- Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
- Texniki hesabatların yoxlanılması (Forma 2, Forma 3, Xərc analizi);
Vəzifəyə dair tələblər:
- Ali təhsil (İnşaat mühəndisi);
- Müvafiq sahə üzrə 5 (beş) il iş təcübəsi;
- Layihə smeta işlərinin hazırlanması üçün hüquqi-normativ sənədlərlə işləmə bacarığı;
- Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını; müvafiq qanunvericilik aktları və normalarını bilmək;
- Analitik düşüncə bacarığı;
- Ünsiyyət və komandada işləmək bacarıqları;
- Məsuliyyətli və dəqiq olmalı;
- Detallara diqqət yetirməyi bacarmalı
- Dil bilikləri: azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə;
- MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
- AutoCAD, proqramını yüksək səviyyədə
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
Əmək haqqı: yüksəkdir