Molla Pənah Vaqifin muzey-məqbərəsi
Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin inşasına memar A.V.Salamzadə və E.İ Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanılmışdır. Kompleksin açılışı 1982-ci ilin yanvar ayında olmuşdur. Kompleks Şuşa şəhərinin görkəmli yeri olan Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üstündə inşa edilmişdir. Burada M.P. Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid olan 80-ə yaxın eksponat da sərgilənirdi.
Kompleksin açılışında Ulu Öndər Heydər Əliyev, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak etmişdilər.
1992-ci ilin may ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarca eksponat məhv edilmiş, aparılması mümkün olan eksponatlar isə Ermənistana daşınmışdır.
Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etdikdən sonra Vaqifin muzey-məqbərə kompleksi tam bərpa edilib.
30 avqust 2021-ci ildə Vaqif Poeziya Günləri Heydər Əliyev Fondu tərəfindən şairin doğma şəhərində yenidən təşkil olunub.