Şuşanın mədəniyyət xadimləri

Pənahəli xan (1693-1763)

Qarabağ xanlığının banisi,  Pənahəli xan Cavanşir Qarabağın məşhur Cavanşir nəslindən idi. O 1693-cü ildə anadan olmuşdur.

Görkəmli sərkərdə və dövlət xadimi kimi şöhrət qazanmışdır.

Onun hakimiyyəti dövründə böyük miqyaslı tikinti və quruculuq işləri aparılmış Şahbulaq qəsri, Əsgəran qalası inşa olunmuşdur.

Lakin gördüyü işlər içərisində ən önəmlisi 1750-ci ildə inşasına başladığı və ilk öncə Pənahabad daha sonra isə Şuşa adlandırılmış şəhər-qalası olmuşdur.

...
Hamısını oxu

Molla Pənah Vaqif (1717-1797)

Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan olmuşdur. 1759-cu ildə Qarabağ xanlığına köçməli olurlar. Pənah yaxşı təhsil görmüşdü.

O, fars və ərəb dillərində yaxşı danışır, astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş biliyə malik idi. Qarabağa gəldikdən az sonra Vaqif Tərtərbasardan Şuşaya köçür və burada məktəb açır. 

Vaqif yaradıcılığında "Badi-səba, bir xəbər ver könlümə", "... Hamısını oxu

Qasım bəy Zakir (1784-1857)

Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində doğulmuşdur. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir.

Zakirin satirasında ən amansız tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdalayanlardır.

Onun müxtəlif mövzularda yazılan "Məlikzadə və Şahsənəm", "Əmirzadə, məşuq və cavan aşiq", "Aşiqin təam bişirməyi", "Aşiq və məşuq haqqında", "Zövci-axər", "Tərlan və elçi", "Dəvəsi itən kəs", "Dərviş ilə qız", "Həyasız dərviş"... Hamısını oxu

Xurşidbanu Natəvan (1832-1897)

Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. Xurşidbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda « Dürrü yekta» (Tək inci), el arasında isə «Xan qızı» çağırmışlar.

XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və fars dili təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir. Dahi ... Hamısını oxu

Mir Möhsün Nəvvab (1833-1918)

Mir Möhsün Nəvvab 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində doğulmuş və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır.

Mir Möhsün Nəvvabın məşhur musiqi traktatı Vüzuhül-ərqam ilk dəfə 1913-cü ildə Bakıda nəşr olunmuşdur.

Nəvvab ilk dəfə olaraq, dəstgah terminindən istifadə edir, o vaxt Qarabağda məlum olan altı dəstgahın adını çəkir: Rast, Mahur, Şahnaz, Rahavi, yaxud Rahab, Çahargah və Nəva. Alim həmin əsərində Qarabağ musiqiçiləri tərəfindən ifa olunan 82 mahnı və muğa... Hamısını oxu

Cabbar Qaryağdıoğlu (1861-1944)

Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada Seyidli məhəlləsində anadan olmuşdur.  Uşaqlıqdan məhəllə uşaqları ilə "Qayabaşında", "Qırxpilləkəndə", "Ağzıyastı kahada" quzu otaran Cabbar saatlarla "Dəlikdaşın" üstündə oturaraq zümzümə edərdi.

Cabbar Qaryağdıoğlu xanəndə, bəstəkar, musiqi xadimi və Azərbaycanın 1935-ci ildə xalq artisti olmuşdur.

Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri idi. Cabbar Qaryağdıoğlunun səsi güclü dramatik-tenor tipli səs idi... Hamısını oxu

Firudin bəy Köçərli (1863- 1920)

Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. 

Azərbaycan ədəbiyyatşünaslığı və pedaqoji fikri tarixində məşhur "Azərbaycan alimi, tənqidçi və pedaqoqu" kimi dəyərləndirilən Firudin bəy Köçərli tərəqqipərvər elm və ədəbiyyat xadimləri sırasında xüsusi yer tutan şəxsiyyətlərdəndir. 1884-cü ildə Qori müəllimlər seminariyasında təhsil alarkən  "Təlimi-Sokrat" əsərini yazıb. 1886-cı ildə ilk teatr tamaşasını qoymuşdur.

1890-cı ildə isə İrəvanda "Müsyö... Hamısını oxu

Əhməd bəy Ağaoğlu (1869- 1939)

Əhməd Bəy Ağaoğlu təkcə övladı olduğu Azərbaycan xalqının deyil, bütün türk-islam dünyasının ədəbi-mədəni və ictimai-siyasi fikir tarixində diqqətəlayiq yer tutan görkəmli şəxsiyyətlərdən biridir.

Sorbon Universitetində təhsil aldığı dövrdə Əhməd bəy Yaxın Şərq haqqında çap edilmiş iki kitaba rəy yazır, bundan əlavə, Tiflisdə çıxan rusdilli “Kavkaz” qəzetinə məqalələr göndərir.

Fransada təhsil aldıqdan sonra geri qayıdan Əhməd bəy Ağaoğlu 1896-cı ildə Şuşada ilk kitabxana, qiraətxana açıb. 1897-ci i... Hamısını oxu

Üzeyir Hacıbəyov (1885-1948)

Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov -dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929,1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948) olmuşdur.

Hamısını oxu

Yusif Vəzir Çəmənzəminli (1887- 1943)

XX əsr Azərbaycan ictimai-siyasi fikir tarixinin ən parlaq nümayəndələrindən biri olan Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində dünyaya gəlib.

İlk təhsilini Şuşada "Kar Xəlifə" ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində alıb.

Şuşada baş verən erməni-müsəlman toqquşmaları nəticəsində məktəbi tərk etməyə məcbur olan Yusif Vəzir təhsilini davam etdirmək üçün Bakıya gedir.

1910-cu ildə Bakı realnı məktəbini bitirən gənc yazıçı Kiyev şəhərindəki Müqəddəs Vladimir adına İmperato... Hamısını oxu