Şuşanın coğrafiyası
Şuşa dünyanın ən valehedici təbiyətinə malik məkanlardan biridir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür. Şuşanın heyvanat aləminə daha çox ayı, canavar, tülkü, boz dovşan, dağ qartalları, cüyür, kəklik, göyərçin və s. aiddir.
Şuşanın ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m). Ərazisinin əksər hissəsi yayı quraqlıq keçən mülayim isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta temperatur yanvarda −4 °C-dən −1 °C-yədək, iyulda 16–19 °C-dir. İllik yağıntı isə 700–800 mm-dir. Şəhərin torpaqları isə qəhvəyi və qonur dağ-meşə, çimli dağ-çəmən tiplidir.
Şuşanın Qarabağ silsiləsi səthi dağlıqdır. Rayonun şərq hissəsi Keçəldağ aşırımı ilə hüdudlanır. Şuşa şəhəri çayları və su hövzələri ilə çox tanınır. Mineral sularından “Turşsu”, bulaqlarından isə “İsa Bulağı” məşhurdur. Əsas çayları isə Qarqarçayın qolları olan Zarıslı, Xəlfəli çaylarıdır.
Şuşanın geoloji təbiət hadisələrinə Daşaltı kəndində karst mağaraları, Şahnəzər mağarası və şəhərin yaxınlığında yerləşən Daşaltı kanyonunu misal göstərmək olar.
Şuşa meşələrində şərq fıstığı , ibcriya palıdı və qafqaz vələsi üstünlük təşkil edir. Çirişli dağının aşağı hissəsində dəniz səviyyəsindən 1160–1210 m yüksəklikdə yamacın şimal baxarında meşəlikdə bir-birindən təxminən 100 m-ə qədər aralı məsafədə 30-a yaxın şabalıd ağacları bitir. Burada şabalıd ağacları palıd — vələs meşəliyinin tərkibinə daxil olur. Meşə altında müxtəlif kol cinsləri — fındıq , murdarça , alça , göyəm, gərməşov, yemişan , əzgil , itburnu və s. bitir. Meşələrdə, həmçinin vələs, ağcaqayın, gilas , göyrüş və palıd növləri yayılmışdır.
Şuşa ərazi zəngin faunaya malikdir. Burada məməlilərdən canavar , qonur ayı, avropa cüyürü, porsuq, qaban, çölpişiyi, vaşaq, çaqqal , adi tülkü, adi kirpi, tirəndaz və s. canlılar yaşayır. Quşlardan turac , boz kəklik, bozqır qartalı , bozqırmuymulu qızılquş , lcşcil ağqartal , ağbaş korkəs, arıquşaoxşar bığlıca.