Nobel mükafatı laureatı Əziz Sancar Şuşaya səfər edib

Nobel mükafatı laureatı Əziz Sancar Şuşaya səfər edib

(Şuşa,4 dekabr, 2021)- Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev dünya şöhrətli alim, Nobel mükafatı laureatı, professor Əziz Sancar, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və YÖK başqanı Erol Özvar ilə birgə işğaldan azad olunmuş Şuşa şəhərinə səfər edib. 

Qonaqlar Cıdır düzü, 2021-ci il 15 iyun tarixində Şuşa Bəyannaməsinin imzalandığı məkan, Yuxarı Gövhərağa məscidi və Şuşa qalası ilə tanış olublar. Qardaş ölkənin nümayəndələrinə, həmçinin şəhərdə həyata keçirilən genişmiqyaslı təmir-bərpa və yenidənqurma işləri barədə məlumat verilib.

Səfərin sonunda cənab Erol Özvara və alim Əziz Sancara qələbə rəmzi olan “Xarıbülbül” nişanı hədiyyə olunub.

Xəbərlər