Şuşa şəhəri ilə Cənubi Koreyanın Andonq, Perunun Kusko, Yunanıstanın Korinf tarixi şəhərləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb

Şuşa şəhəri ilə Cənubi Koreyanın Andonq, Perunun Kusko, Yunanıstanın Korinf tarixi şəhərləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb

Noyabr ayının 14-də Cənubi Koreyanın Andonq şəhərində "Tarixi Şəhərlər Liqası"nın 18-ci Dünya Konfransının açılış mərasimi keçirilmişdir.

Konfransda Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan Respublikasının Koreyadakı səfirliyinin məsul şəxsləri də iştirak edir.

Qeyd edək ki 14-16 noyabr tarixlərində keçirilən konfrans "İcmaya əsaslanan gələcəyə yönəlik tarixi şəhər" mövzusunda keçirilir.

Konfrans çərçivəsində tarixi şəhərlər sayılan Koreyanın Andonq, Azərbaycanın Şuşa, Perunun Kusko, Yunanıstanın isə Korinf şəhərləri arasında əməkdaşlığa dair dördtərəfli niyət protokolu imzalanıb.

Həmçinin konfransda iştirak edən Türkiyənin Bursa şəhərinin Osmanqazi bələdiyyəsinin başçısı Mehmet Dündar  və TŞL-nın baş katibi, Yaponiyanın Kyoto şəhərinin meri Daisaku Kadokawa ilə də ikitərəfli görüşlər keçirilib.

Xəbərlər