Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirilib

Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirilib

(Şuşa, 27 noyabr, 2021) – ABB-nin Müşahidə Şurası növbəti iclasını Şuşada keçirib. 

Bankın İdarə Heyəti ilə birgə Şuşadakı “Qarabağ” otelinin konfrans zalında təşkil edilmiş toplantıda Bankın cari inkişaf strategiyasının icrasına baxılıb, əldə olunmuş nəticələr dəyərləndirilib. İclasda ABB-nin 2022-2025-ci illər üzrə yeni strateji hədəfləri də təqdim olunub. Növbəti strateji dövrə dair məsələlərin müzakirəsi aparılıb.

ABB-nin Müşahidə Şurasının sədri Şahmar Mövsümov bildirib: “Torpaqlarımızın azad edilməsi ilə Azərbaycanın yeni inkişaf mərhələsi başlanıb. Bu ərəfədə ABB-nin yeni strategiyasının da Şuşa şəhərində müzakirəsi xüsusi önəm kəsb edir”.
 

Xəbərlər