Azərbaycanın Baş prokuroru və İstanbul şəhərinin Baş prokuroru Şuşaya səfər edib
(Şuşa, 24 noyabr, 2021) –Türkiyə Respublikası İstanbul şəhərinin Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Azərbaycanın mədəniyyət mərkəzi elan olunan Şuşa şəhərində olublar.
Səfər çərçivəsində Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin və İstanbulun Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyətinə Şuşanın tarixi yerlərini göstərdi. Həmçinin Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri ziyarət edildi. Məlumat verildi ki, işğal zamanı ermənilər həmin heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Lakin Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər əvvəlki yerlərinə qaytarılıb. Bundan əlavə, qonaqlar erməni işğalı zamanı dağıdılmış, şəhər azad olunandan sonra isə qısa zamanda bərpa edilmiş Vaqifin məqbərəsi, Şuşa qalası, Bülbülün evi və Yuxarı Gövhərağa məscidi ilə tanış olarkən mədəni-tarixi irsimizin vacib hissəsi olan digər abidələrin bərpa prosesi haqqında da məlumat əldə etdilər.
Daha sonra Şuşa Şəhəri Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov Şuşada səfərdə olan qonaqlara erməni işğalı zamanı dağıdılmış tarixi-dini abidələrin vəziyyəti və hal-hazırda aparılan bərpa prosesində türk şirkətlərinin iştirakı barədə məlumat verdi. Şuşanın dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həm Azərbaycan, həm də türk şirkətlərinin birgə çalışdığını vurğuladı.
Səfərin sonunda İstanbul şəhərinin Baş prokuroru Şaban Yılmaz səfərlə bağlı təəssüratlarını bölüşərək deyib: “Bu günlər Azərbaycan xalqı üçün tarixi bir gündür. Otuz ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə Azərbaycan dövlətinin şanlı Qələbəsi ilə son qoyuldu. Bu, tarixi Qələbədir. Azərbaycanın son 200 illik tarixində ilk dəfə müstəqil dövlətimiz mənfur, işğalçı Ermənistan və onun ordusu üzərində şanlı Qələbə qazandı. Bu Qələbə Azərbaycan xalqının gələcəyi üçün elə bir əsas yaratdı ki, bu təməl üzərində Azərbaycan dövləti daim inkişaf edəcək, zənginləşəcək, dünya dövlətləri sırasında ən öndə gedəcək. Bu gün qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin işğaldan azad edilməsi bütün dünya türkləri tərəfindən təntənə ilə qeyd olunur”.
Tural Novruzov Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə icraçı direktor təyin olundu
(Şuşa, 17 may, 2023 -cü il)- Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin (ŞŞDQİ) Müşahidə Şurasının növbəti rüblük iclası keçirilmişdir.
Hamısını oxuŞuşada 16 Aprel "Dünya Səs Günü" keçirilib
(Şuşa, 16 aprel, 2023)- Musiqinin önəminin cəmiyyətə çatdırılması, bu sahədə fikir mübadiləsinin aparılması və bir sıra yeniliklərin əldə olunması məqsədilə 16 Aprel "Dünya Səs Günü" bu il Milli Konservatoriyanın təşk
Hamısını oxuŞuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin səlahiyyətləri artırılıb
(Bakı, 30mart, 2023-cü il)- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin səlahiyyətlərinin artırılması ilə bağlı bir sıra sənədlər imzalayıb.
Hamısını oxuŞuşa ilə Novi Pazar qardaşlaşıb
(Şuşa, 17 mart, 2023-cü il)- Azərbaycanın Şuşa və Serbiyanın Novi Pazar şəhərləri arasında qardaşlaşma əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər uyğun s
Hamısını oxuŞuşa və Xivə şəhərləri arasında sənəd imzalanıb
(Özbəkistan, 24 fevral, 2023)- Şuşa və Xivə şəhərləri arasında qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsi məqsədi ilə ikitərəfli sənəd imzalanıb.
Hamısını oxuTarixi şəhərlər-Şuşa və Veliko Tırnovo əlaqələri genişləndirirlər
(Bolqarıstan, 21 fevral, 2023)- Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun rəhbərliyi altında xüsusi nümayəndəliyin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin məsul əməkdaşlar
Hamısını oxuŞuşada minatəmizləmə prosesləri qısa müddətdə yerinə yetirilib
(Şuşa, 8 fevral, 2023-cü il)- Şuşa şəhərində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə minatəmizləmə
Hamısını oxuŞuşa və Vesprem şəhərləri arasında Anlaşma Memorandumu imzalanıb
(Budapeşt, 30 yanvar, 2023-cü il )- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədləri imzalanıb.
Hamısını oxuMüşahidə Şurasının növbəti iclası keçirilib
(Şuşa, 22 dekabr, 2022-ci il)- Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurasının sədri Aydın Kərimovun rəhbərliyi ilə Müşahidə Şura
Hamısını oxuMədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürüldü
(Bursa, 9 dekabr, 2022)- TÜRKSOY-un 2022-ci il "Bursa-Türk mədəniyyət paytaxtı ili"nin rəsmi bağlanış mərasimi keçirildi. Tədbirin bağlanış mərasimində mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürüldü.
Hamısını oxuŞuşa və Andonq şəhərləri arasında "Dost şəhərlər" əlaqəsinin qurulması üzrə anlaşma memorandumu imzalanıb
(Andonq, 17 noyabr, 2022) - Şuşa və Andonq şəhərləri arasında "Dost şəhərlər" əlaqəsinin qurulması üzrə anlaşma memorandumu imzalanıb. Memorandumu Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və Cənubi
Hamısını oxuŞuşa şəhəri Tarixi Şəhərlər Liqasına üzv seçilib
(Andonq, 16 noyabr, 2022) - Tarixi Şəhərlər Liqasının (TŞL) 14-16 noyabr 2022-ci il tarixlərində Cənubi Koreyanın Andonq şəhərində keçirilən 18-ci Dünya Konfransı çərçivəsində keçirilən Baş Assembleyanın iclasında Şuşa
Hamısını oxuŞuşa şəhəri ilə Cənubi Koreyanın Andonq, Perunun Kusko, Yunanıstanın Korinf tarixi şəhərləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb
(Andonq, 15 noyabr, 2022 ) - Noyabr ayının 14-də Cənubi Koreyanın Andonq şəhərində "Tarixi Şəhərlər Liqası"nın 18-ci Dünya Konfransının açılış mərasimi keçirilmişdir.
Hamısını oxuPrezident İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edib
(Şuşa, 8 noyabr, 2022-ci il)- Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibə
Hamısını oxu