Şuşa Qoruğunda ASAN-ın elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılıb

(Şuşa, 22 noyabr, 2021) –Bu gündən etibarən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsi” (MESD) proqramının tətbiqinə başlayıb.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov bildirib ki, Şuşa özünün intibah dövrünü yaşayır, şəhərdə irihəcmli infrastruktur layihələri həyata keçirilir, erməni işğalı zamanı dağıdılmış tarixi abidələr bərpa olunur: “Bir çox yerli və xarici şirkətlər Şuşanın bərpasında iştirakdan qürur duyur, amma bu işlərin operativ təşkili, həm dövlət, həm də özəl şirkətlərlə sənəd dövriyyəsinin müasir formada təmin olunması vacib prioritetlərdən birinə çevrilib. Müasir tələblərə cavab verən hər bir təşkilatda sənəd dövriyyəsinin elektronlaşdırılması tapşırıqların icrasının effektivliyini, əməkdaşın iş qabiliyyətini və bacarıqlarını müəyyən edən əsas amillərdən biridir. Bu baxımdan qeyd olunan sahədə böyük təcrübə qazanmış “ASAN xidmət”lə əməkdaşlığa başlamağımızı vacib mərhələ kimi qiymətləndiririk.”
Noyabr ayının 17-də “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin (EHİM) direktoru Fariz Cəfərov Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəhbərliyi və əməkdaşları üçün MESD, “ASAN Login”, “myGov”, İnsan resurslarının idarə olunması sistemi və digər uğurlu layihələr haqqında ətraflı məlumat verib. Təqdimat zamanı Fariz Cəfərov dövlət qurumları tərəfindən göstərilən xidmətlərin “ASAN xidmət index”i vasitəsilə qiymətləndirildiyini bildirib.
Treninqin sonunda süni intellekt, “Big Data” texnologiyasına artan tələbat və 4-cü sənaye inqilabı dövründə Azərbaycanın çağırışları mövzusunda da fikir mübadiləsi aparılıb.

Tural Novruzov Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə icraçı direktor təyin olundu
(Şuşa, 17 may, 2023 -cü il)- Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin (ŞŞDQİ) Müşahidə Şurasının növbəti rüblük iclası keçirilmişdir.
Hamısını oxu
Şuşada 16 Aprel "Dünya Səs Günü" keçirilib
(Şuşa, 16 aprel, 2023)- Musiqinin önəminin cəmiyyətə çatdırılması, bu sahədə fikir mübadiləsinin aparılması və bir sıra yeniliklərin əldə olunması məqsədilə 16 Aprel "Dünya Səs Günü" bu il Milli Konservatoriyanın təşk
Hamısını oxu
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin səlahiyyətləri artırılıb
(Bakı, 30mart, 2023-cü il)- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin səlahiyyətlərinin artırılması ilə bağlı bir sıra sənədlər imzalayıb.
Hamısını oxu
Şuşa ilə Novi Pazar qardaşlaşıb
(Şuşa, 17 mart, 2023-cü il)- Azərbaycanın Şuşa və Serbiyanın Novi Pazar şəhərləri arasında qardaşlaşma əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər uyğun s
Hamısını oxu
Şuşa və Xivə şəhərləri arasında sənəd imzalanıb
(Özbəkistan, 24 fevral, 2023)- Şuşa və Xivə şəhərləri arasında qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsi məqsədi ilə ikitərəfli sənəd imzalanıb.
Hamısını oxu
Tarixi şəhərlər-Şuşa və Veliko Tırnovo əlaqələri genişləndirirlər
(Bolqarıstan, 21 fevral, 2023)- Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun rəhbərliyi altında xüsusi nümayəndəliyin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin məsul əməkdaşlar
Hamısını oxuŞuşada minatəmizləmə prosesləri qısa müddətdə yerinə yetirilib
(Şuşa, 8 fevral, 2023-cü il)- Şuşa şəhərində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə minatəmizləmə
Hamısını oxu
Şuşa və Vesprem şəhərləri arasında Anlaşma Memorandumu imzalanıb
(Budapeşt, 30 yanvar, 2023-cü il )- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədləri imzalanıb.
Hamısını oxu
Müşahidə Şurasının növbəti iclası keçirilib
(Şuşa, 22 dekabr, 2022-ci il)- Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurasının sədri Aydın Kərimovun rəhbərliyi ilə Müşahidə Şura
Hamısını oxu
Mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürüldü
(Bursa, 9 dekabr, 2022)- TÜRKSOY-un 2022-ci il "Bursa-Türk mədəniyyət paytaxtı ili"nin rəsmi bağlanış mərasimi keçirildi. Tədbirin bağlanış mərasimində mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürüldü.
Hamısını oxu.jpeg)
Şuşa və Andonq şəhərləri arasında "Dost şəhərlər" əlaqəsinin qurulması üzrə anlaşma memorandumu imzalanıb
(Andonq, 17 noyabr, 2022) - Şuşa və Andonq şəhərləri arasında "Dost şəhərlər" əlaqəsinin qurulması üzrə anlaşma memorandumu imzalanıb. Memorandumu Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və Cənubi
Hamısını oxu.jpeg)
Şuşa şəhəri Tarixi Şəhərlər Liqasına üzv seçilib
(Andonq, 16 noyabr, 2022) - Tarixi Şəhərlər Liqasının (TŞL) 14-16 noyabr 2022-ci il tarixlərində Cənubi Koreyanın Andonq şəhərində keçirilən 18-ci Dünya Konfransı çərçivəsində keçirilən Baş Assembleyanın iclasında Şuşa
Hamısını oxu.jpeg)
Şuşa şəhəri ilə Cənubi Koreyanın Andonq, Perunun Kusko, Yunanıstanın Korinf tarixi şəhərləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb
(Andonq, 15 noyabr, 2022 ) - Noyabr ayının 14-də Cənubi Koreyanın Andonq şəhərində "Tarixi Şəhərlər Liqası"nın 18-ci Dünya Konfransının açılış mərasimi keçirilmişdir.
Hamısını oxu
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edib
(Şuşa, 8 noyabr, 2022-ci il)- Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibə
Hamısını oxu