Şuşa işğaldan azad edildikdən sonra ilk dəfə Vaqif Poeziya Günləri təşkil olunub
(Şuşa, 30 avqust, 2021 ) – Vaqif Poeziya Günləri Heydər Əliyev Fondu tərəfindən 2021-ci il avqust ayının 30-da şairin doğma şəhərində yenidən təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər.
Dövlətimizin başçısı açılış mərasimində çıxış edərək böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışının qeyd edilməsinin ölkəmizin həyatında əlamətdar bir gün olduğunu vurğulayıb. Vaqifin məqbərəsinin bütün digər tarixi abidələrimiz kimi işğal edilmiş torpaqlarda erməni vandalizminə məruz qalması, işğaldandan azad edildikdən sonra tam bərpa edilməsi və bu gün isə məqbərənin ikinci açılışının olması ilə bağlı iştirakçıları məlumatlandırıb.
Daha sonra Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını Ulu Öndər Heydər Əliyevin verdiyini, onun təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də burada qarlı, şaxtalı havada məqbərənin açılışının edilməsinin o dövr üçün sıradan bir hadisə olmadığını bildirib. Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində məqbərənin ucaldılması və Şuşanın o dövrdə də Azərbaycan şəhəri kimi təsdiqini tapmasını çıxışında xüsusilə qeyd edib.
Cənab Prezidentin çıxışından sonra söz incəsənət xadimlərinə verilib. Onlar da öz çıxışlarında Ulu Öndərin ucaltdığı və vandalların uçurduğu Vaqif məqbərəsinin işğaldan sonra yenidən əvvəlki əzəməti ilə dirçəldilməsinə və Vaqif Poeziya Günlərinin bərpasına görə cənab Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Daha sonra cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda: Qarabağın sənət inciləri” sərgiləri ilə tanış olublar.
Tural Novruzov Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə icraçı direktor təyin olundu
(Şuşa, 17 may, 2023 -cü il)- Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin (ŞŞDQİ) Müşahidə Şurasının növbəti rüblük iclası keçirilmişdir.
Hamısını oxuŞuşada 16 Aprel "Dünya Səs Günü" keçirilib
(Şuşa, 16 aprel, 2023)- Musiqinin önəminin cəmiyyətə çatdırılması, bu sahədə fikir mübadiləsinin aparılması və bir sıra yeniliklərin əldə olunması məqsədilə 16 Aprel "Dünya Səs Günü" bu il Milli Konservatoriyanın təşk
Hamısını oxuŞuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin səlahiyyətləri artırılıb
(Bakı, 30mart, 2023-cü il)- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin səlahiyyətlərinin artırılması ilə bağlı bir sıra sənədlər imzalayıb.
Hamısını oxuŞuşa ilə Novi Pazar qardaşlaşıb
(Şuşa, 17 mart, 2023-cü il)- Azərbaycanın Şuşa və Serbiyanın Novi Pazar şəhərləri arasında qardaşlaşma əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər uyğun s
Hamısını oxuŞuşa və Xivə şəhərləri arasında sənəd imzalanıb
(Özbəkistan, 24 fevral, 2023)- Şuşa və Xivə şəhərləri arasında qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsi məqsədi ilə ikitərəfli sənəd imzalanıb.
Hamısını oxuTarixi şəhərlər-Şuşa və Veliko Tırnovo əlaqələri genişləndirirlər
(Bolqarıstan, 21 fevral, 2023)- Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun rəhbərliyi altında xüsusi nümayəndəliyin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin məsul əməkdaşlar
Hamısını oxuŞuşada minatəmizləmə prosesləri qısa müddətdə yerinə yetirilib
(Şuşa, 8 fevral, 2023-cü il)- Şuşa şəhərində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə minatəmizləmə
Hamısını oxuŞuşa və Vesprem şəhərləri arasında Anlaşma Memorandumu imzalanıb
(Budapeşt, 30 yanvar, 2023-cü il )- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədləri imzalanıb.
Hamısını oxuMüşahidə Şurasının növbəti iclası keçirilib
(Şuşa, 22 dekabr, 2022-ci il)- Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurasının sədri Aydın Kərimovun rəhbərliyi ilə Müşahidə Şura
Hamısını oxuMədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürüldü
(Bursa, 9 dekabr, 2022)- TÜRKSOY-un 2022-ci il "Bursa-Türk mədəniyyət paytaxtı ili"nin rəsmi bağlanış mərasimi keçirildi. Tədbirin bağlanış mərasimində mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürüldü.
Hamısını oxuŞuşa və Andonq şəhərləri arasında "Dost şəhərlər" əlaqəsinin qurulması üzrə anlaşma memorandumu imzalanıb
(Andonq, 17 noyabr, 2022) - Şuşa və Andonq şəhərləri arasında "Dost şəhərlər" əlaqəsinin qurulması üzrə anlaşma memorandumu imzalanıb. Memorandumu Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və Cənubi
Hamısını oxuŞuşa şəhəri Tarixi Şəhərlər Liqasına üzv seçilib
(Andonq, 16 noyabr, 2022) - Tarixi Şəhərlər Liqasının (TŞL) 14-16 noyabr 2022-ci il tarixlərində Cənubi Koreyanın Andonq şəhərində keçirilən 18-ci Dünya Konfransı çərçivəsində keçirilən Baş Assembleyanın iclasında Şuşa
Hamısını oxuŞuşa şəhəri ilə Cənubi Koreyanın Andonq, Perunun Kusko, Yunanıstanın Korinf tarixi şəhərləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb
(Andonq, 15 noyabr, 2022 ) - Noyabr ayının 14-də Cənubi Koreyanın Andonq şəhərində "Tarixi Şəhərlər Liqası"nın 18-ci Dünya Konfransının açılış mərasimi keçirilmişdir.
Hamısını oxuPrezident İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edib
(Şuşa, 8 noyabr, 2022-ci il)- Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibə
Hamısını oxu