Prezident İlham Əliyev Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub
(Şuşa-Füzuli, 14 yanvar, 2021 )– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub.
Cənab Prezident bildirib ki, Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Yəni, çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli hava limanı ilə əlaqələndiriləcək və bu yoldan İsa bulağına yeni yol çəkiləcək. Füzuli hava limanının təməlini qoyulması və bu il hava limanının uçuş-enmə zolağının istifadəyə verilməsi ilə xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər.
Sonra cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.
Müzəffər Ali Baş Komandan İlham Əliyev:
-Biz qalib xalqıq. Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bu gün- yanvarın 14-də yenə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm. Biz Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış bütün tarixi abidələrimizi bərpa edəcəyik.
Daha sonra cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərindəki Saatlı məscidini ziyarət etdilər. Dövlətimizin başçısı məscidə “Qurani-Şərif” hədiyyə etdi.
Cənab Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Dövlətimizin başçısının bu sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub.
Bununla bağlı keçirilən tədbirdə çıxış edən Prezident İlham Əliyev dedi:
-Bu gün Şuşaya gələrkən 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm. Bu yerdə Mədəniyyət Evi yerləşirdi və Üzeyir bəyin, Bülbülün büstləri məhz bu yerdə qoyulmuşdu. Mənfur düşmən Şuşa Mədəniyyət Evini dağıdıb və dahi şəxsiyyətlərimizin büstlərini gülləbaran edib. Dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin rəmzidir. Onların ruhu şaddır. Onlar doğma Vətənə qayıdıblar. Biz qaytarmışıq onları, düşməni qova-qova, düşməni məhv edərək, torpaqlarımızdan rədd edərək, Şuşanı geri alaraq, azad edərək qaytarmışıq. Burada duracaq, Şuşaya gələn hər bir insan yaxından görəcək erməni vəhşiliyini.
Tədbirdən sonra cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva keçmiş Şuşa Rayon Partiya Komitəsinin binası, Bülbülün dağıdılmış ev-muzeyi və erməni vandalizminin qurbanı olmuş Şuşa Realnı Məktəbinin dağıdılmış binası ilə tanış oldular.
Cənab Prezident İlham Əliyev sovet dövründə uşaq sanatoriyası kimi fəaliyyət göstərən, işğaldan sonra ermənilər tərəfindən dağıdılan Natəvan sarayının xan qızının evi kimi bərpa ediləcəyini bildirdi.
Dövlətimizin başçısı Şuşa şəhərinin su və elektrik enerjisi təchizatı ilə maraqlandı. Bildirildi ki, indi şəhər su ilə də, işıqla da normal şəkildə təchiz olunur.
Cənab Prezident və ailə üzvləri Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidlərini də ziyarət etdilər. Cənab Prezident İlham Əliyev bu məscidlərə də “Qurani-Şərif” bağışladı.
Sonra cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşadakı Qazançı kilsəsində oldular.
Dövlətimizin başçısı, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva vaxtilə Molla Pənah Vaqifin büstünün olduğu yerə gələrək, Vaqifin dağıdılmış məqbərəsinə baxdılar.
Məqbərənin qarşısında çıxış edən cənab Prezident İlham Əliyev dedi:
- Vaqif Poeziya Günləri bərpa ediləcək. Mən artıq göstəriş vermişəm, bu il keçiriləcək. “Xarı bülbül” festivalı bu il keçiriləcək. Biz artıq Şuşanın bərpasını başlayırıq. İndi baş plan hazırlanır. Bütün binaların təftişi aparılıbdır. Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcəkdir.
Şuşaya səfər çərçivəsində cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə də olublar. 15 yanvarda yenidən buraya gələrək, Cıdır düzündə çay süfrəsinə qonaq oldular.
Cənab Prezident İlham Əliyev:
-Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə. Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!
Tural Novruzov Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə icraçı direktor təyin olundu
(Şuşa, 17 may, 2023 -cü il)- Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin (ŞŞDQİ) Müşahidə Şurasının növbəti rüblük iclası keçirilmişdir.
Hamısını oxuŞuşada 16 Aprel "Dünya Səs Günü" keçirilib
(Şuşa, 16 aprel, 2023)- Musiqinin önəminin cəmiyyətə çatdırılması, bu sahədə fikir mübadiləsinin aparılması və bir sıra yeniliklərin əldə olunması məqsədilə 16 Aprel "Dünya Səs Günü" bu il Milli Konservatoriyanın təşk
Hamısını oxuŞuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin səlahiyyətləri artırılıb
(Bakı, 30mart, 2023-cü il)- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin səlahiyyətlərinin artırılması ilə bağlı bir sıra sənədlər imzalayıb.
Hamısını oxuŞuşa ilə Novi Pazar qardaşlaşıb
(Şuşa, 17 mart, 2023-cü il)- Azərbaycanın Şuşa və Serbiyanın Novi Pazar şəhərləri arasında qardaşlaşma əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər uyğun s
Hamısını oxuŞuşa və Xivə şəhərləri arasında sənəd imzalanıb
(Özbəkistan, 24 fevral, 2023)- Şuşa və Xivə şəhərləri arasında qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsi məqsədi ilə ikitərəfli sənəd imzalanıb.
Hamısını oxuTarixi şəhərlər-Şuşa və Veliko Tırnovo əlaqələri genişləndirirlər
(Bolqarıstan, 21 fevral, 2023)- Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun rəhbərliyi altında xüsusi nümayəndəliyin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin məsul əməkdaşlar
Hamısını oxuŞuşada minatəmizləmə prosesləri qısa müddətdə yerinə yetirilib
(Şuşa, 8 fevral, 2023-cü il)- Şuşa şəhərində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə minatəmizləmə
Hamısını oxuŞuşa və Vesprem şəhərləri arasında Anlaşma Memorandumu imzalanıb
(Budapeşt, 30 yanvar, 2023-cü il )- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədləri imzalanıb.
Hamısını oxuMüşahidə Şurasının növbəti iclası keçirilib
(Şuşa, 22 dekabr, 2022-ci il)- Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurasının sədri Aydın Kərimovun rəhbərliyi ilə Müşahidə Şura
Hamısını oxuMədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürüldü
(Bursa, 9 dekabr, 2022)- TÜRKSOY-un 2022-ci il "Bursa-Türk mədəniyyət paytaxtı ili"nin rəsmi bağlanış mərasimi keçirildi. Tədbirin bağlanış mərasimində mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürüldü.
Hamısını oxuŞuşa və Andonq şəhərləri arasında "Dost şəhərlər" əlaqəsinin qurulması üzrə anlaşma memorandumu imzalanıb
(Andonq, 17 noyabr, 2022) - Şuşa və Andonq şəhərləri arasında "Dost şəhərlər" əlaqəsinin qurulması üzrə anlaşma memorandumu imzalanıb. Memorandumu Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və Cənubi
Hamısını oxuŞuşa şəhəri Tarixi Şəhərlər Liqasına üzv seçilib
(Andonq, 16 noyabr, 2022) - Tarixi Şəhərlər Liqasının (TŞL) 14-16 noyabr 2022-ci il tarixlərində Cənubi Koreyanın Andonq şəhərində keçirilən 18-ci Dünya Konfransı çərçivəsində keçirilən Baş Assembleyanın iclasında Şuşa
Hamısını oxuŞuşa şəhəri ilə Cənubi Koreyanın Andonq, Perunun Kusko, Yunanıstanın Korinf tarixi şəhərləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb
(Andonq, 15 noyabr, 2022 ) - Noyabr ayının 14-də Cənubi Koreyanın Andonq şəhərində "Tarixi Şəhərlər Liqası"nın 18-ci Dünya Konfransının açılış mərasimi keçirilmişdir.
Hamısını oxuPrezident İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edib
(Şuşa, 8 noyabr, 2022-ci il)- Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibə
Hamısını oxu