Şuşada daha 15 yaşayış binasının inşasına başlanılır

Şuşada daha 15 yaşayış binasının inşasına başlanılır

Şuşa şəhərində inşa olunacaq yaşayış kompleksinin daha 15 binasının tikintisinə, abadlaşdırılmasına və əlavə texniki qurğuların inşasına dair Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin elan etdiyi açıq tenderin qalibi müəyyən edilib. Ümumilikdə 9 şirkətin təqdim etdiyi təkliflər tender komissiyası üzvləri tərəfindən qiymətləndirilib və komissiyanın qərarı ilə "ARCHİCO" MMC tenderin qalibi elan olunubdur. Tender şərtlərinə görə şirkət tərəfindən avtodayanacaqla birgə, 3-5 mərtəbə olmaqla 15 yaşayış binası tikiləcəkdir. 

Həmçinin adı çəkilən şirkət tikinti başa çatdıqdan sonra binaların 24 ay ərzində istismarına da zəmanət verəcəkdir.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat xidmətinin məlumatına əsasən qeyd olunur ki, Şuşa şəhərinin Baş planına uyğun olaraq ümumilikdə 23 binadan ibarət yaşayış massivinin inşası həyata keçirilir. Binalar müasir görüntülü və yerli hava şəraitinin tələblərinə uyğun olaraq tikilməkdədir.

Xəbərlər