Şuşalı şəhidimiz Bəxtiyar Quliyevin anası Şuşa şəhərini ziyarət edib

Şuşalı şəhidimiz Bəxtiyar Quliyevin anası Şuşa şəhərini ziyarət edib

Şuşalı şəhidimiz Bəxtiyar Quliyevin anası Nadejda Alekseyevna Toloknova (Quliyeva) Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə müraciəti əsasında Şuşa şəhərini ziyarət edib. 

Nadejda xanım 1953-cü ildə Rusiyada anadan olmuş, 1969-cu ildə Sabir Quliyevlə evlənərək Şuşaya köçüb, onların 4 övladı dünyaya gəlib və Hacı Yusifli məhəlləsində yerləşən evlərində 1992-ci ilin may ayının 8-nə kimi yaşayıblar. Hazırda Nadejda xanımın evi və anası  Vera Stepanovnanın Toloknova Şuşada olan qəbri erməni vandalizminə məruz qalaraq dağıdılmışdır. Quliyevlər ailəsi Şuşa işğala məruz qalandan sonra Bakı şəhərinə köçüblər.

Böyük övladı Bəxtiyar Quliyev 1994-cü ildə könüllü olaraq Vətənin müdafiəsinə qalxmış, Ağdam rayonu ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin müşayiəti ilə şəhidimizin ailəsi öz evlərini, İsa bulağını və digər məkanları ziyarət ediblər.
 

Xəbərlər