Şuşada “Zəfər” Yay Məktəbinin bağlanış mərasimi keçirilib

Şuşada “Zəfər” Yay Məktəbinin bağlanış mərasimi keçirilib

(Şuşa, 1 sentyabr, 2022-ci il) - “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə şəhid övladlarının “Zəfər” Yay Məktəbinin bağlanış mərasimini mədəniyyət paytaxtı Şuşada yekunlaşdırıb.

Tədbirin rəsmi hissəsində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev,

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədr müavini Tural Novruzov, ombudsman Səbinə Əliyeva, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev, “Bank Respublika” ASC-nin İdarə Heyətinin sədri Tariyel İsmayılov çıxış edərək bu layihənin şəhid övladlarımızın inkişafındakı əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, belə layihələr şəhid övladlarının incəsənət yönümündə inkişafına, onlarda Vətənə məhəbbət hisslərinin formalaşmasında böyük rol oynayır.

Bağlanış mərasimində Əməkdar artist Şövqi Məmmədovun rəhbərlik etdiyi aktyorluq qrupunun hazırladığı səhnəcik, fotoqrafiya üzrə təlimçi Orxan Əzimin tələbələrinin foto və rəsm üzrə təlimçi Məryəm Axundovanın tələbələrinin Şuşa mövzusundakı maraqlı rəsm əsərləri də tamaşaçılara təqdim olunub.

Xalq rəssamı Arif Hüseynov, Əməkdar artist Gülzar Qurbanova istedadlı şəhid övladlarının rəsm və aktyorluq qabiliyyətlərini yüksək qiymətləndiriblər.

Xəbərlər