Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimi keçirilib
Şuşada Zəfər Qurultayının bağlanış mərasimi keçirilib, cənab Prezidentə müraciət qəbul olunub.
Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə təltif edilən diaspora nümayəndələrinə “Əməkdar elm xadimi” fəxri adı, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Dostluq” ordeni və “Tərəqqi” medalı təqdim olunub.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib ki, V Qurultay dünya azərbaycanlıların fəaliyyəti üçün mühüm rol oynayacaq. Onun sözlərinə görə, artıq müharibə başa çatıb, torpaqlarımız işğaldan azad olunub, indi qarşımızda Qarabağın bərpa olunması hədəfi durur. Postmüharibə dövründə Şuşada görülmüş işlərlə bağlı danışan A.Kərimov qeyd edib ki, şəhərdə bütün işlər baş plana uyğun həyata keçirilir. Zəfər yolunun fəaliyyət göstərdiyini xatırladan A. Kərimov vurğulayıb ki artıq daha sürətli magistralın tikintisi də sürətlə davam etdirilir. O bildirib ki, Şuşanın turizm potensialından istifadə olunması üçün yeni layihələr həyata keçiriləcək. Şuşanın əsas inkişaf profilinin turizmlə bağlı olacağını nəzərə çatdıran A. Kərimov qeyd edib ki, yaşadıqları ölkələrdə müxtəlif peşə sahibləri olan diaspor nümayəndələrini öz fəaliyyət sahəsi üzrə beynəlxalq simpozium və tədbirlərin Şuşada keçirilməsini təşkil etmək işində aktiv olmağa çağırıb.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov Prezident İlham Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız da Azərbaycan yoxdur” sözlərini xatırladıb. İşğal dövründə Ermənistanın tarixi-mədəni abidələrə qarşı yol verdiyi vandallıqdan söz açan M. Abbasov Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Azad Şuşada tarixi-mədəni abidələrin bərpa olunduğunu bildirib: “Şuşada yeni yaşayış massivinin, məscid və digər obyektlərinin tikintisi davam edir.
Bağlanış mərasimində Zəfər Qurultayının iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti qəbul olunub.
Bağlanış mərasimində həmçinin Zəfər Qurultayının iştirakçılarının Dünya Azərbaycanlılarına, UNESCO-ya və BMT-nin Ətraf Mühit Proqramına (UNEP) və Ermənistanın işğalı nəticəsində Azərbaycanda yaranmış mina problemi ilə bağlı beynəlxalq ictimaiyyətinə müraciətləri, Qurultayın qətnaməsi qəbul edilib.
Bağlanış mərasimində çıxış edən Dövlət komitəsinin sədri Fuad Muradov qeyd edib ki, dünən Prezident İlham Əliyev çıxışında diaspor nümayəndələrinin fəaliyyətini yüksək qiymətləndirib: “Bu gün Prezident mənə tapşırdı ki, onun bir neçə tövsiyələrini çatdırım. Prezidentinin tapşırığı ilə bu il gənclərin yay düşərgəsi Şuşada keçiriləcək. Dövlət başçısı tapşırıq verdi ki, strateji yol xəritəmizdə bazar məktəbləri, Azərbaycan dilinin öyrənilməsi ilə bağlı xaricdə diasporumuza dəstək olaq”.
F. Muradov bütün çətinliklərə baxmayaraq, Şuşada tədbirin keçirilməsinin mühüm hadisə olduğunu vurğulayıb: “Bu gün Qurultayda qəbul olunan sənədlər çox mühüm sənədlərdir və bunlar Dünya Azərbaycanlılarının mövqeyidir. ”.
Eyni zamanda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi müəyyənləşib.
Tural Novruzov Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə icraçı direktor təyin olundu
(Şuşa, 17 may, 2023 -cü il)- Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin (ŞŞDQİ) Müşahidə Şurasının növbəti rüblük iclası keçirilmişdir.
Hamısını oxuŞuşada 16 Aprel "Dünya Səs Günü" keçirilib
(Şuşa, 16 aprel, 2023)- Musiqinin önəminin cəmiyyətə çatdırılması, bu sahədə fikir mübadiləsinin aparılması və bir sıra yeniliklərin əldə olunması məqsədilə 16 Aprel "Dünya Səs Günü" bu il Milli Konservatoriyanın təşk
Hamısını oxuŞuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin səlahiyyətləri artırılıb
(Bakı, 30mart, 2023-cü il)- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin səlahiyyətlərinin artırılması ilə bağlı bir sıra sənədlər imzalayıb.
Hamısını oxuŞuşa ilə Novi Pazar qardaşlaşıb
(Şuşa, 17 mart, 2023-cü il)- Azərbaycanın Şuşa və Serbiyanın Novi Pazar şəhərləri arasında qardaşlaşma əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər uyğun s
Hamısını oxuŞuşa və Xivə şəhərləri arasında sənəd imzalanıb
(Özbəkistan, 24 fevral, 2023)- Şuşa və Xivə şəhərləri arasında qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsi məqsədi ilə ikitərəfli sənəd imzalanıb.
Hamısını oxuTarixi şəhərlər-Şuşa və Veliko Tırnovo əlaqələri genişləndirirlər
(Bolqarıstan, 21 fevral, 2023)- Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun rəhbərliyi altında xüsusi nümayəndəliyin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin məsul əməkdaşlar
Hamısını oxuŞuşada minatəmizləmə prosesləri qısa müddətdə yerinə yetirilib
(Şuşa, 8 fevral, 2023-cü il)- Şuşa şəhərində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə minatəmizləmə
Hamısını oxuŞuşa və Vesprem şəhərləri arasında Anlaşma Memorandumu imzalanıb
(Budapeşt, 30 yanvar, 2023-cü il )- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədləri imzalanıb.
Hamısını oxuMüşahidə Şurasının növbəti iclası keçirilib
(Şuşa, 22 dekabr, 2022-ci il)- Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurasının sədri Aydın Kərimovun rəhbərliyi ilə Müşahidə Şura
Hamısını oxuMədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürüldü
(Bursa, 9 dekabr, 2022)- TÜRKSOY-un 2022-ci il "Bursa-Türk mədəniyyət paytaxtı ili"nin rəsmi bağlanış mərasimi keçirildi. Tədbirin bağlanış mərasimində mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürüldü.
Hamısını oxuŞuşa və Andonq şəhərləri arasında "Dost şəhərlər" əlaqəsinin qurulması üzrə anlaşma memorandumu imzalanıb
(Andonq, 17 noyabr, 2022) - Şuşa və Andonq şəhərləri arasında "Dost şəhərlər" əlaqəsinin qurulması üzrə anlaşma memorandumu imzalanıb. Memorandumu Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və Cənubi
Hamısını oxuŞuşa şəhəri Tarixi Şəhərlər Liqasına üzv seçilib
(Andonq, 16 noyabr, 2022) - Tarixi Şəhərlər Liqasının (TŞL) 14-16 noyabr 2022-ci il tarixlərində Cənubi Koreyanın Andonq şəhərində keçirilən 18-ci Dünya Konfransı çərçivəsində keçirilən Baş Assembleyanın iclasında Şuşa
Hamısını oxuŞuşa şəhəri ilə Cənubi Koreyanın Andonq, Perunun Kusko, Yunanıstanın Korinf tarixi şəhərləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb
(Andonq, 15 noyabr, 2022 ) - Noyabr ayının 14-də Cənubi Koreyanın Andonq şəhərində "Tarixi Şəhərlər Liqası"nın 18-ci Dünya Konfransının açılış mərasimi keçirilmişdir.
Hamısını oxuPrezident İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edib
(Şuşa, 8 noyabr, 2022-ci il)- Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibə
Hamısını oxu