Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Şuşa şəhərinə səfər ediblər

Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Şuşa şəhərinə səfər ediblər

Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Şuşa şəhərinə səfər edib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə martın 2-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Şuşa şəhərində səfərdə olub.

Baş nazir Əli Əsədov və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin başçılığı və aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Şuşa şəhərində həyata keçirilən işlər üzrə müşavirə keçirilib. Görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı müzakirələr aparılıb, yerində bir sıra zəruri tapşırıqlar verilib.

Sonra nümayəndə heyətinin üzvləri Şuşanın tarixi-mədəni abidələrini ziyarət ediblər. Şuşa şəhərində icra olunan layihələr, aparılan bərpa, abadlıq-quruculuq işləri barədə aidiyyəti qurumların rəhbər şəxsləri ətraflı məlumat verib.

Xəbərlər