Molla Pənah Vaqif (1717-1797)

About Shusha

Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan olmuşdur. 1759-cu ildə Qarabağ xanlığına köçməli olurlar. Pənah yaxşı təhsil görmüşdü.

O, fars və ərəb dillərində yaxşı danışır, astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş biliyə malik idi. Qarabağa gəldikdən az sonra Vaqif Tərtərbasardan Şuşaya köçür və burada məktəb açır. 

Vaqif yaradıcılığında "Badi-səba, bir xəbər ver könlümə", "Namə gedər olsan yarın kuyinə", "Bayram oldu", "Gözlərin cəlladdır, baxışın yağı", "Durnalar", "Heyran olmuşam" və s. şeirləri xüsusi yer tutur.

Vaqifin ölümündən sonra şeirlərinin əlyazmaları məhv və talan edilmişdir. Buna baxmayaraq, aşıq poeziyası ilə bağlı yazdığı bir sıra şeirlər qorunub saxlanılır və bəzi insanlar əsərlərini oxuya bilirlər. Azərbaycan Yazıçılar Birliyi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində onlarla əl yazmasına rast gəlmək olar.  

1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və Əliyev yaxşı vəziyyətdə olmayan dağılmış məzarı ziyarət etmişdir. O, nitqlərinin birində gördüyü "bu məzarın Vaqifə layiq olmadığını" səsləndirmişdir.

Sonralar Ulu Öndər  Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üzərində 1980-81-ci illərdə abidə və türbə tikildi.

1982-ci ilin yanvar ayında Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışı oldu. 1992-ci ilin may ayının 8-də bu məqbərə erməni işğalçıları tərəfindən dağıdılmışdır. 

Molla Pənah Vaqifin muzey məqbərə kompleksinin inşasına memar A. V. Salamzadə və E.İ Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanılmışdır. Kompleks Şuşa şəhərinin görkəmli yeri olan Cıdır düzünə yaxın bir ərazidə şairin məzarı üstündə inşa edilmişdir. Burada M. P. Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid olan 80-ə yaxın eksponatda sərgilənirdi.

1982-ci ildə Heydər Əliyev Şuşada şairin məqbərəsi ilə yanaşı, eyni zamanda Şuşa Poeziya Evinin də açılışında və orada keçirilən "Vaqif poeziya günləri"-ndə iştirak etmişdir. Həmin tarixdən etibarən hər il avqust ayında "Vaqif poeziya günləri" keçirilir.  

2016–2017-ci illərdə YUNESKO-nun yubileylər proqramı çərçivəsində "2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı"-na daxil edilmişdir. 

12 yanvar 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.  

8 noyabr 2021-ci ildə Şuşa işğaldan azad edildikdən sonra avqustun 29-da  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Şuşada Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub.

Vaqif Poeziya Günləri Heydər Əliyev Fondu tərəfindən 2021-ci il avqust ayının 30-da şairin doğma şəhərində yenidən təşkil olunub. 

Şuşanın mədəniyyət xadimləri